'Azadlıq' qəzetinin direktoru saxlanıb

'Azadlıq' qəzetinin direktoru saxlanıb

Avqustun 20-də «Azadlıq» qəzetinin maliyyə məsələləri üzrə direktoru Faiq Əmirli evinin qarşısında mülkigeyimli şəxslər tərəfindən saxlanıb.
 
Faiq Əmirlinin saxlanmasından sonra evində axtarışa başlanılıb. Hazırda axtarış davam edir.
 
Bu haqda AzadlıqRadiosuna Faiq Əmirlinin yaxınları məlumat verib.
 
Axtarışı Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları aparır.
 
Faiq Əmirlinin niyə görə saxlandığı məlum deyil.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru