Bakıda axtarışda olan şəxslər həbs edilib

Bakıda axtarışda olan şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin, Xətai Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1982-ci il təvəllüdlü  Kənan Kərimov, CM-nin 177-ci (oğurluq)maddəsi ilə axtarışda olan Beyləqan rayon sakini, 1998-ci il təvəllüdlü  Fikrət Mahmudlu və borclu kimi axtarışda olanlar - 1978-ci il təvəllüdlü Aynurə Əliyeva və 1968-ci il təvəllüdlü Təyyub Hüseynov saxlanılıblar. 

Google+ WhatsApp ok.ru