Sumqayıtda dəhşətli qəza törədən sürücüyə 9 il iş verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1 nəfərin ölümü, 28 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi törədən Vaqif Behbudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Vaqif Behbudov 9 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, bu ilin aprel ayının 8-də Bakı-Quba magistral yolunun Sumqayıt Texnologiyalar Parkının yaxınlığında Vaqif Azad oğlu Behbudovun idarə etdiyi “Amiqo M 2633” özüboşaldan yük markalı avtomaşınla Ramiz Qurban oğlu Muradovun idarə etdiyi “İsuzu Ekobus” markalı sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində 28 nəfər yaralanıb, “İsuzu Ekobus” markalı maşının sürücüsü Ramiz Qurban oğlu Muradov hadisə yerindəcə ölüb.
 
Dəhşətli yol qəzası ilə bağlı aparılan istintaq zamanı Vaqif Behbudovun günahkar olması üzə çıxıb. O, həbs edilib.

Google+ WhatsApp ok.ru