Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib

Lombard işçisinin qanunsuz əməlləri barədə Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə Maide.az-a Baş Prokurorluqdan məlumat daxil olub.
 
Araşdırmalar zamanı “Atrabank” ASC-nin “Bakı” filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bankdan kredit və nağd şəkildə pulların çıxarılması məqsədilə Səbail rayonunda fəaliyyət göstərən lombardın işçisi Yasəmən Abdullayevanın vasitəsiləsaxta qızıl məmulatlarını2011-ci ildən başlayaraq müxtəlif vaxtlarda banka girov qoymaqla 350 min manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq,külli miqdarda ziyan vurmaqla törədildikdə) və308.1-ci(vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
 
Hazırda iş üzrə zəruriistintaq tədbirləri davam etdirilir.
 

Google+ WhatsApp ok.ru