Xədicə İsmayıl həbsdə qaldı

Səbayıl rayon Məhkəməsində bu gün həbsdə olan jurnalist Xədicə İsmayılın həbs müddətinin artırılması ilə bağlı təqdimata baxılıb.
 
Maide.az-ın Azadlıq Radiosuna istinadla xəbər verir ki, prokuror Xədicə İsmayılın həbs müddətinin daha 4 ay uzadılması ilə bağlı təqdimat verib. Müşavirədən qayıdan məhkəmə jurnalistin istintaq müddətində daha 2 ay həbsda saxlanması ilə bağlı qərar verib.
 
X.İsmayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin «özünü öldürmə həddinə çatdırma» ittihamı ilə saxlanıb. Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini siyasi sifariş sayır. 
 
Xatırladaq ki, fevralın 5-də Xədicə ismayılın həbs müddəti başa çatmalı idi.

Google+ WhatsApp ok.ru