Baş Prokurorluq Xədicə İsmayılla bağlı açıqlama yaydı

Baş Prokurorluq "Azadlıq” radiosunun Azərbaycan bölməsinin əməkdaşı Xədicə İsmayılın ölkədən buraxılmamasının səbəblərini açıqlayıb.
 
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, Xədicə İsmayılın hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluqda istintaqı aparılan cinayət işi ilə bağlıdır: "Onun qeyd edilən cinayət işi üzrə əlavə olaraq şahid qismində dindirilməsi, həmçinin aparılacaq digər istintaq hərəkətlərində iştirakı zərurəti yaranıb. Bu səbəbdən də onun ölkədən çıxmasına məhdudiyyət qoyulub”.
 
Xatırladaq ki, X. İsmayıl oktyabrın 12-də Çexiyaya getmək istəyərkən ölkədən buraxılmayıb.

Google+ WhatsApp ok.ru