Bu dəfə də telefonu həbsxanaya kartofun içində aparmaq istədilər

Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən Maide.az-a verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən axtarış-baxış tədbirləri həyata keçirilib.
 
Axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Elşad Şirvan oğlu Abbasovun yanına qısamüddətli görüşə gəlmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 18, mənzil 56 ünvanında qeydiyyatda olan vətəndaş Edqar Bəhmən oğlu Əmirovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman, gətirdiyi sovqatdakı kartofun içərisində xüsusi üsulla gizlədilmiş, daxilində “Nar” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
 
Fakt üzrə araşdırma aparılır. 

Google+ WhatsApp ok.ru