Barmaqlardakı şıqqıldama səsi nədən yaranır?

Barmaqlardakı şıqqıldama səsi nədən yaranır?

-- Bunun vərdiş halına salınmasının barmaqlara ziyan olduğu bildirilir

Elm adamları bir çoxlarının tez-tez etdiyi, lakin yaranma səbəbini bilmədiyi barmaq şıqqıldadılması haqqında araşdırma aparıb.
 
Maide.Az “Haberler.com”a istinadən xəbər verir ki, Fransa və ABŞ araşdırmaçılarından ibarət qrupun gəldiyi qənəat budur ki, barmaqların uzunmüddətli təzyiq altında qalmasından sonra oynaqlardakı mayenin patlaması həmin şıqqıldama səsini çıxarır.
 
Məlumata görə, barmaqlar şıqqıldayanda əslində, oynaqlar bir-birindən ayrılır. Bu zaman təzyiq düşür və oynaqlar arasında xırda blanocuqlar yaranır. Şıqqıldama anında təzyiqdəki dəyişikliklər baloncuqların həcmini sürətlə dəyişir və bu da şaqqıltı səsi yaradır.
 
Bəzi mütəxəssislər bunun vərdiş halına salınmasının barmaqlara ziyan olduğu fikrini söyləyir. Şıqqıldamanın əllərin əsməsinə səbəb olduğu bildirilir.

Google+ WhatsApp ok.ru