`Barselona` Messi ilə yeni müqavilənin şərtlərini razılaşdırıb

`Barselona` Messi ilə yeni müqavilənin şərtlərini razılaşdırıb

"Barselona" Lionel Messi ilə yeni müqavilənin şərtlərini razılaşdırıb.
 
APA-nın xəbərinə görə, bu barədə “Marca” yazıb.
 
Məlumata əsasən, müddəti 2021-ci və yaxud 2022-ci ilə kimi nəzərdə tutulan yeni müqavilə iyunun sonundan tez olmayaraq imzalanacaq. Müqavilənin digər təfərrüatları barədə məlumat verilmir. Bundan əvvəl İspan KİV-ləri klub rəhbərliyinin Messiyə müqaviləni artırması üçün 40 milyon avro məbləğində mükafat və illik 35 milyon avroluq maaş təklif etdiyini yazıb.
 
Argentinalının “Barselona” ilə hazırkı müqaviləsi 2018-ci ildə başa çatır. 30 yaşlı L. Messi “Barselona”da 2003-cü ildən çıxış edir. Argentinalı oyunçu cari mövsümdə La Liqada 34 oyunda 37 qol vuraraq 4-cü dəfə "Qızıl buts" mükafatının sahibi olub. |

Google+ WhatsApp ok.ru