`Beşiktaş` klubu Azərbaycanda oyun keçirəcək 13 Dekabr 2016 02:00 İdman Bu barədə klub prezidenti açıqlama verib Türkiyənin "Beşiktaş" futbol komandası Azərbaycana gələcək. "Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Fikret Orman yerli "AS TV"yə açıqlamasında bildirib. F.Orman Azərbaycanda oyun keçirəcəklərini bildirib: "Bu cür oyun keçirməyi çox istəyirik. Əvvəlcədən hazırlanmış proqramımız var. "Beşiktaş"ın Azərbaycanda özəl matçı var. Orada keçirəcəyimi oyunun tarixi hələ dəqiqləşməyib. Həmin vaxta qədər biz Antalyada olacağıq". Klub rəhbəri "Bursaspor"la Türkiyədə keçiriləcək xeyriyyə matçının Azərbaycandakı görüşün tarixindən asılı olduğunu söyləyib: "Bu məqsədlə Azərbaycandan bizə müraciət edənlərə müraciət ünvanladıq ki, vaxtı dəqiqləşdirsinlər. Onlar bizə cavab verən kimi "Bursaspor"un yoxlama görüşü təklifinə cavab verəcəyik". / Teqlər : #`Beşiktaş` klubu Azərbaycanda oyun keçirəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ukraynalı məşhur qapıçı karyerasını başa vurub Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilib