`Beşiktaş` klubu tarixində 15-ci dəfə Türkiyə çempionu olub - VİDEO

`Beşiktaş` klubu tarixində 15-ci dəfə Türkiyə çempionu olub - VİDEO

Şenol Günəşin komandası qızıl medalları sona 1 tur qalmış təmin edib
 
"Beşiktaş" klubu tarixində 15-ci dəfə Türkiyə çempionu olub.
 
Şenol Günəşin baş məşqçisi olduğu komanda ardıcıl ikinci mövsüm qızıl medalları Super Liqada sona 1 tur qalmış təmin edib.
 
33-cü turda "Qaziantepspor"un qonağı olan "qara qartallar" 4:0 hesablı qələbəyə nail olub. Bununla da xallarını 74-ə çatdıran "Beşiktaş" ən yaxın izləyicisi "Başakşehirspor"u 4 xal geridə qoyub.
 
Qeyd edək ki, "Beşiktaş" 2017-2018 mövsümündə mübarizəyə birbaşa Çempionlar Liqasının qrup mərhələsindən başlayacaq. (report) /
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru