`Barselona`ya yeni baş məşqçi təyin olunub

`Barselona`ya yeni baş məşqçi təyin olunub

Valverde ilə iki illik müqavilə imzalanıb
 
"Atletik Bilbao"nun sabiq rəhbəri Ernesto Valverde "Barselona"ya yeni baş məşqçi təyin olunub.
 
Bu barədə bazar ertəsi keçirilən xüsusi mətbuat konfransında "göy-qırmızılar"ın prezidenti Xosep Mariya Bartomeu məlumat verib.
 
Vaxtikən "Barselona"da oynamış (1988-1990-cı illər) 53 yaşlı mütəxəssis bu postda Luis Enrikeni əvəz edib.
 
Əvvəllər, həmçinin "Espanyol", "Olimpiakos", "Vilyarreal" və "Valensiya"nı çalışdırmış Valverde ilə müqavilə iki il müddətinə nəzərdə tutulub.
 
Onun baş məşqçi qismində təqdimatı iyunun 1-də keçiriləcək. (report) /

Google+ WhatsApp ok.ru