`Beşiktaş` İstanbul derbisində `Qalatasaray`ı məğlub edib - FOTO/VİDEO

`Beşiktaş` İstanbul derbisində `Qalatasaray`ı məğlub edib - FOTO/VİDEO

Oyunda yeganə qolu Adrian Taliska vurub
 
Futbol üzrə Türkiyə Super Liqasında XXII turun son oyununda "Qalatasaray" və "Beşiktaş" komandaları üz-üzə gəlib.
 
"Report"un məlumatına görə, İstanbul derbisi qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Yeganə qolu Adrian Taliska vurub. Braziliyalı yarımmüdafiəçi 47-ci dəqiqədə fərqlənib.
 
"Beşiktaş" bu qələbədən sonra 22 oyundan 50 xalla liderliyini möhkəmləndirib. Turnir cədvəlində 3-cü pillədə olan "Qalatasaray"ın 40 xalı var. /
 
 
 
 
 
 
 
 
 
 
 
 

Galatasaray 0-1 Beşiktaş (ÖZET) от Goal.az на Rutube.

Google+ WhatsApp ok.ru