İngiltərədə mövsümün ən kuryoz qolu vurulub - VİDEO

İngiltərədə mövsümün ən kuryoz qolu vurulub - VİDEO

 Qolun müəllifi Nyukaslın futbolçusu Məhəmməd Diame olub
 
Futbol üzrə İngiltərə Çempionşipində XXXIV tur çərçivəsində keçirilən "Brayton" - "Nyukasl" oyununda ilin ən kuryoz qolu vurulub. "Report"un məlumatına görə, qolun müəllifi qonaq komandanın Seneqal əsilli fransalı futbolçusu Məhəmməd Diame olub.
 
Görüşün 80-ci dəqiqəsində "Nyukasl" futbolçuları künc zərbəsi yerinə yetirən zaman top iki toxunuşdan sonra Diamenin ayağına dəyərək qapıdan keçib.
 
Qeyd edək ki, fransalı futbolçunun kuryoz qolu matçın gedişatını dəyişib. Oyunun 80-ci dəqiqəsinədək 1:0 hesabı ilə öndə olan "Brayton" 2 qol buraxaraq, uduzub. /

Google+ WhatsApp ok.ru