Bel ağrısına səbəb olan vərdişlər

Əgər beliniz ağrıyırsa, bunun səbəbini araşdırmaq lazımdır və belinizin hansı hissəsinin ağrımasının fərqi yoxdur. Bel ağrısı çoxsaylı amillərlə bağlı yarana bilər.

Maide.az olaraq bu yazıda bel ağrısını yarada biləcək dörd vərdiş haqqında danışacağıq.

 

Çantanızı bir çiyin üzərində daşıyırsınız

Bir sıra insanlar həmişə öz çantalarını sağ çiyni və bir başqaları isə sol çiynə üzərində daşıyırlar. Əslində, çantanın çiyin üzərində daşınması hər şəxsin öz vərdişindən asılıdır.

Bununla belə, bu vərdiş bel ağrısının yaranması ehtimalını artırır, xüsusilə də, çantanız ağır olarsa.

Bu problemin qarşısını almaq üçün bədənin balansını saxlamaq və arada bir çiyninizdə çantanın yerini dəyişin.

 

Köhnə və xarab döşək üzərində yatırsınız

Qeyri-standart, köhnə və xarab döşəklərin səthi nahamar olur. Bu döşəklər üzərində narahatlıq belə zərər verir.

Yaxşı döşəyin səthi hamar olmalıdır və bədəninizi, xüsusilə də belinizi qorumalıdır.

Standart yataqda döşəyin güclü prujinləri olmalı, keyfiyyətli və hipoallergik lifdən hazırlanmalıdır.  

 Onun yumşaqlığı və bərkliyi mütənasib olmalıdır, belə ki, bədənin alçaq- ucalığını doldurmalıdır. Yaxşı döşək çox yumşaq və çox bərk olmamalıdır.

Nəzərdə saxlayın ki, sizin hansı vəziyyətdə yatmanız da bel ağrısının yaranamasında təsirsiz deyil. Əgər qarnı üstə yatırsınız və yaxud qollarınızı balışın altına qoymağa vərdiş etmisinizsə, daha çox bel ağrısına məruz qalacaqsınız.

Balışınızın çox uzun və ya çox qısa olmamasına fikir verin və boynunuzu beliniz istiqamətində saxlayın.

 

Hündür daban ayaqqabı geyinirsiniz

Beliniz ağrıyırsa, o zaman hündür daban ayaqqabıları çıxarmağın vaxtıdır. Lakin bu o demək deyil ki, altı çox düz ayaqqabılar geyinməlisiniz.

Ayaqqabının dabanı 2-3 sm arası olmalı və ayaqları yaxşıca qorumalıdır.

Ayaqqabı alarkən bə məqamı nəzərdə saxlayın ki, ikinci ürəyiniz üçün geyim alırsınız. Buna görə, ayaqqabının keyfiyyətini və rahatlığını qiymətinə qurban verməyin. Keyfiyyətli dabanı və altlığı olan ortopedik ayaqqabılar geyinin.

 

Belinizin əzələlərini sıxırsınız

Bel ağrısına tutulan hər bir şəxsin ağrının qarşısını almaq üçün atdığı ilk addım əzələlərini sıxmaq və beli stabil saxlamaqdır.

Amma bel ağrısını kəsmək üçün bu vərdiş düzgün deyil, çünki belə olan halda beldə daha çox təzyiq əmələ gəlir.

 

Bel ağrısı ilə mübarizə aparmaq üçün

Bel ağrısı ilə mübarizə aparmaq üçün yoqa həsiri kimi düz səth üzərində uzanın. Boynunuzu normal bir balış üzərinə qoyun. əzələlərinizi yumşaldın və bərkidin.

Bu vəziyyətdə 15-30 dəqiqə ərzində uzanmağınız və əzələlərinizi yavaşca idman etdirin.

Bu hərəkətlərin gündəlik yerinə yetirilməsi belinizdəki ağrının kəsilməsinə təsir edəcək. Tebyan.net /

 

Google+ WhatsApp ok.ru