Beynəlxalq Bank işində «tütün iyi»: bacanağın həbsinin sirri...

Ötən həftəsonu həbs olunan Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin bacanağı, «İntertabakko» Zaqatala Tütün Emalı Zavodunun direktoru İsmayıl Hidayətzadə Bakıda tütün fabriki yaratmaq üçün 100 milyon dollar kredit götürübmüş. İstintaq bu kreditlərin təyinatı üzrə xərclənməsinə şübhə ilə yanaşır.
 
Maide.az-ın "Yeni Müsavat"a istinadən verdiyi məlumatına görə, İsmayıl Hidayətzadə Beynəlxalq Bankla bağlı araşdırma başlayandan istintaqa cəlb edilib: «Zavodun əsas işini İ.Hidayətzadə görsə də, tütün zavodları C.Hacıyevə məxsus olduğundan burada vergi belə xüsusi yoxlamalar aparmayıb. Amma 2013-cü ildən sonra bu bölgədə tütünçülük rentabelliyini itirib.
 
…Daha bir maraqlı məlumat isə budur ki, C.Hacıyevin bankın pullarından istifadə edərək bütün gəlirli sahələrə girişməsi, külli miqdarda pul xərcləməsi digər oliqarx-məmurları qəzəbləndirirmiş. Onun tütünçülükdən də pul qazanması «siqaret mafiyası»nda ciddi narazılıq yaradıbmış və zavodların rentabelli işləməməsinin səbəbləri sırasında rəqiblərinin də rolu var». 
 
Qəzet daha sonra yazır ki, İ.Hidayətzadə istintaqda pulların əvəzinə avadanlıqları təklif etsə də, bununla razılaşmayıblar. Onun ölkədən çıxışına qadağa qoyulub və istintaq nəzarətində olub. Ammauzun zaman keçsə də, bacanaq pulun heç üçdə-birini də toplaya bilməyib. Nəhayət, yuxarıların sanksiyasından sonra İ.Hidayətzadə həbs olunub. 

Google+ WhatsApp ok.ru