Biləsuvarda reyd keçirilib: 40 sürücü cərimələnib

Biləsuvar RPŞ Dövlət Yol Polisinin (DYP) əməkdaşları şəhərin bir neçə mərkəzi küçəsində reyd keçirib.
Yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd zamanı günün birinci yarısında 50-dən çox nəqliyyat vasitəsi saxlanılıb.
Saxlanılanlardan 40 nəfər barəsində inzibati protokol tərtib olunub. Onlardan 6 nəfər avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə, 2 nəfər ötmə əməliyyatı qaydasını pozduğuna, 12 nəfər nəqliyyat vasitəsini texniki baxışdan keçirmədiyi üçün, 12 nəfər təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə, 2 nəfər polisin qanuni tələbinə əməl etmədiyinə görə cəzalandırılıb.
3 ay müddətində cəriməsini ödəmədiyi üçün barələrində axtarış verilmiş 5 nəfərin avtomaşını cərimə meydançasına aparılıb. Reydlər günün ikinci yarısı da davam etdirilib.

Google+ WhatsApp ok.ru