Bir sıra tanınmış məhbuslar əfv edilib

Bu gün imzalanmış əfv sərəncamı ilə bir sıra tanınmış məhbuslar azadlığa buraxılıb.
 
Maide.az-ın xəbərinə görə, həmin şəxslərin arasında Tofiq Yaqublu, Yadigar Sadıqov, Rəsul Cəfərov, Rəşadət Axundov, Akif Muradverdiyev, Anar Məmmədli, Sirac Kərimli, Nemət Pənahlı, Pərviz Həşimli, Hilal Məmmədov, Taleh Xasməmmədov, Rəşad Həsənov, Ömər Məmmədov və Məmməd Əzizovun da adları var.
 
Qeyd edək ki, sərəncamla 137 nəfər azadlığa buraxılıb, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər cərimə cəzasından azad edilib.

Google+ WhatsApp ok.ru