Hökuməti Rəsul Cəfərova görə 32 min 448 avro cərimələndi

Tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərovun şikayəti üzrə Avropa İnsan Haqları Məhkəməsi qərarını bu gün açıqlayıb.
 
Avropa Məhkəməsi Rəsul Cəfərovla bağlı Nəsimi məhkəməsinin çıxartdığı qərarların Avropa Konvensiyasının tələblərinə zidd olduğunu bildirib.
 
Məhkəmənin bu qərarından Avropa məhkəməsinə verilmiş şikayətə baxılaraq bu gün qərar elan olunub.
 
Qərarda bildirilir ki, Avropa insan hüquqları konvensiyasının 5ci maddəsinin 1ci, 5ci maddəsinin 4-ü və 18ci maddələri pozulub. Bütün bunları nəzərə alaraq Avropa insan haqları məhkəməsi Azərbaycan hökumətini 32min 448 avro məbləğində cərimələnməsi haqında qərar cıxarıb. /azadliq.info/

Google+ WhatsApp ok.ru