Britaniya şirkəti Bakıda məhkəməyə verilir

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı İctimai Birliyi BP şirkətini məhkəməyə verməyə hazırlaşır.
 
Maide.az xəbər verir ki, bu barədə QHT sədri Mirvari Qəhrəmanlı feysbuk hesabında məlumat paylaşıb.
 
M.Qəhrəmanlı BP şirkətinin məhkəməyə verilmə səbəbini belə izah edib:
 
“BP şirkətinə oktyabr ayının 28-də informasiya sorğusu göndərmişəm. Həftə sonunadək cavab verməsə, məhkəməyə müraciət edəcəyik. Bildiyimizə görə, hazırda BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə ərazilərində dənizdə və quruda yerləşən emal qurğuları və boru xətləri üzrə modifikasiya layihələri (Cat C and Cat B Projects) üzrə tender keçirilir. Təcrübə göstərir ki, adətən, əksər hallarda yerli şirkətlər podratçı qismində müxtəlif bəhanələrlə BP tenderlərinə buraxılmır. Yəni, bu şirkətlər adətən podratçı kimi yox, xarici şirkətlərə subpodratçı qismində, yaxud bəzən ümumiyyətlə subpodratçı qismində də tenderə buraxılmır. Qeyd olunanları nəzərə alıb aşağıdakı sualı cavablandırmaqda bizə yardımçı olmağı BP şirkətindən xahiş etmişəm:
 
1) Hazırda BP tərəfindən yuxarıda qeyd olunan layihə tenderinə podratçı qismində yerli şirkətlər (yəni şirkətin hüquqi, yaxud fiziki şəxsi azərbaycanlı olan) cəlb olunubmu?
 
2) Həmin tenderə podratçı qismində təqribən neçə yerli şirkət buraxılıb?
 
Lakin göndərdiyimiz sorğudan xeyli vaxt keçməsinə baxmayaraq, hələ də heç bir cavab verilməyib”.

Google+ WhatsApp ok.ru