Bu gün DÇ-2018-in seçmə mərhələsinin oyunları keçiriləcək 06 Oktyabr 2016 01:00 İdman Bu gün DÇ-2018-in seçmə mərhələsinin UEFA zonasında növbəti görüşlərə start veriləcək. Verilən məlumata görə, ilk oyun günündə D, G və İ qruplarında matçlar oynanılacaq. AÇ-2016-da yarımfinala qədər irəliləyən Uels millisi Avstriyanın qonağı olacaq. Moldova Serbiyanı qəbul edəcəyi halda, Gürcüstan millisi səfərdə İrlandiya ilə münasibətləri ayırd edəcək. Günün, eləcə də həftənin ən maraqlı qarşılaşması Turində baş tutacaq. Belə ki, G qrupunda mübarizə aparan 2012-ci ilin qitə çempionatının finalçıları İtaliya və İspaniya yığmaları yenidən üz-üzə gələcəklər. Qrupun digər görüşlərində isə Albaniya Lixtenşteynin, İsrail Makedoniyanın qonağı olacaq. Türkiyə yığması da seçmə mərhələnin II turundakı oyununa bu gün çıxacaq. İlk görüşdə səfərdə Xorvatiyadan 1 xal alan “ay-ulduzlular” bu dəfə öz meydanlarında Ukraynanı xalsız yola salmağa çalışacaqlar. Xorvatiya Kosovonun qonağı olacağı halda, qrupun digər qarşılaşmasında İslandiya və Finlandiya yığmaları bir-birinə rəqib olacaq. (apa) / DÇ-2018-in seçmə mərhələsi UEFA zonası D qrupu II tur, 6 oktyabr 22:45. İrlandiya – Gürcüstan 22:45. Moldova – Serbiya 22:45. Avstriya – Uels 1 Uels 1 1 0 0 4-0 3 2 Avstriya 1 1 0 0 2-1 3 3 İrlandiya 1 0 1 0 2-2 1 4 Serbiya 1 0 1 0 2-2 1 5 Gürcüstan 1 0 0 1 1-2 0 6 Moldova 1 0 0 1 0-4 0 G qrupu II tur, 6 oktyabr 22:45. İtaliya – İspaniya 22:45. Lixtenşteyn - Albaniya 22:45. Makedoniya – İsrail 1 İspaniya 1 1 0 0 8-0 3 2 İtaliya 1 1 0 0 3-1 3 3 Albaniya 1 1 0 0 2-1 3 4 Makedoniya 1 0 0 1 1-2 0 5 İsrail 1 0 0 1 1-3 0 6 Lixtenşteyn 1 0 0 1 0-8 0 I qrupu II tur, 6 oktyabr 22:45. Türkiyə - Ukrayna 22:45. İslandiya – Finlandiya 22:45. Kosovo – Xorvatiya 1 İslandiya 1 0 1 0 1-1 1 2 Kosovo 1 0 1 0 1-1 1 3 Türkiyə 1 0 1 0 1-1 1 4 Xorvatiya 1 0 1 0 1-1 1 5 Finlandiya 1 0 1 0 1-1 1 6 Ukrayna 1 0 1 0 1-1 1 Teqlər : #Bu gün DÇ2018in seçmə mərhələsinin oyunları keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müsəlmanlar və xristianlar voleybolda qarşılaşacaqlar Ən bahalı müdafiəçi transferi baş tuta bilər