Müsəlmanlar və xristianlar voleybolda qarşılaşacaqlar

Müsəlmanlar və xristianlar voleybolda qarşılaşacaqlar

Bu gün Tatarıstan müsəlmanların ruhani idarəsinin əməkdaşları Tatarıstanın Kazan şəhərində voleybol qarşılaşmasına çıxacaqlar.
 
Maide.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, oyunda müfti Kamil Həzrət Samiqulinində iştirask etməsi gözlənilir.
 
Oyun Daxili İşlər Nazirliyinin idman zalında keçiriləcək. 18:00-da başlayacaq oyundan məqsəd ünsiyyət və dinlərarası əlaqələrin möhkəmləndirilməsidir.
 
Maraqlıdırki, həm müsəlmanlar, həm də xristianlar eyni komandada qarışıq şəkildə oynayacaqlar. 
 
Baş müftinin müavini Rüstəm Bartov bildirib ki, biz əvvəllər futbol meydanında bu cür görüşlər keçirirdik. Bu, yarış deyil. Bu, dostluqdur. Təsadüfi deyil ki, komandanın adı da "Dostluq"dur.
 

Google+ WhatsApp ok.ru