Bu siqnalın mənasını yadda saxlamaq vacibdir – DYP-dən VİDEO

Yollarımızda azacıq ləngimə və tıxac yaranan kimi hər kəsin yadına ilk olaraq Dövlət Yol Polisi (DYP) düşür. Fikirləşirik ki, burada hərəkəti nizamlayan bir DYP əməkdaşı olsaydı, rahat keçib gedərdik.
Doğrudan da, bütün texniki vasitələrə - nişanlara, svetoforlara, digər qurğulara baxmayaraq yol hərəkətini ən çevik, dəqiq və rahat tənzimləyə bilən nizamlayıcı adlandırdığımız polis əməkdaşıdır. Yol hərəkəti qaydaları nizamlayıcınının hərəkət iştirakçılarına ünvanladığı siqnalları da dəqiq tənzimləyir. Bu siqnallar DYP əməkdaşının müəyyən nizami duruşu vasitəsilə verilir. Həmin siqnallardan ən mürəkkəbi "Sola dönmə" siqnalıdır. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanan bu animasiyada nizamlayıcının həmin siqnalının hərəkət iştirakçıları üçün hansı tələbi irəli sürdüyü əyani şəkildə izah olunur. Hər kəsin bu siqnalın mənasını yaxşı yadda saxlaması vacibdir.
Bəzən gileylənirik ki, yollarımızda hərəkəti tənzimləyən DYP əməkdaşları niyə qaydalarda göstərilən kimi yox, tam fərqli, bəsit formada işarələr verirlər. Yəqin ki, bunun başlıca səbəbi sürücü və piyadaların qaydalarda nəzərdə tutulan nizami duruşun mənasını bilməməsidir. Gəlin, bu siqnalların mənasını öyrənək.

Google+ WhatsApp ok.ru