Cəmil Həsənlinin qızının apellyasiya şikayətinə baxılıb

Bakı Apellyasiya Məhkəməsində Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin apellyasiya şikayətinə baxılıb. Məhkəmə Yasamal Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Xatırladaq ki, Günel Həsənli 2014-cü il sentyabrın 19-da “KİA” markalı şəxsi avtomobili ilə yolu keçmək istəyən 86 yaşlı Bakı sakini Adilə Səlimovanı vurub. Hadisə Yasamal rayonu ərazisində baş verib. Fevralın 20-də Yasamal Rayon Məhkəməsi G.Həsənlinin 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edilməsi barədə hökm verib.

Google+ WhatsApp ok.ru