Azərbaycanda vergidən yayınan şirkət rəhbəri İnterpol xətti ilə axtarışa verilib 19 Noyabr 2015 02:00 Hüquq Azərbaycanda vergidən yayınan daha bir iş adamı beynəlxalq axtarışa verilib. Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 54 yaşlı Qalib İbrahimov külli miqdarda vergi ödəməkdən yayınmaqda təqsirləndirilir. O, Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. APA-nın əldə etdiyi məlumata görə, Q. İbrahimov “Azkomp” MMC-nin direktorudur. Qeyd edək ki, son vaxtlar Azərbaycanda vergidən yayınan xeyli sayda yerli və əcnəbi iş adamları beynəlxalq axtarışa verilib. Teqlər : #Azərbaycanda vergidən yayınan şirkət rəhbəri İnterpol xətti ilə axtarışa verilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Səidin dəstəsi” işi üzrə prezidentə müraciət edildi: “Eldar Mahmudovun vaxtında...” Cəmil Həsənlinin qızının apellyasiya şikayətinə baxılıb