DÇ-2018: İspaniya və İtaliyadan səfər qələbəsi, Türkiyədən məğlubiyyət

DÇ-2018: İspaniya və İtaliyadan səfər qələbəsi, Türkiyədən məğlubiyyət

Oktyabrın 9-da DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsində üçüncü turun oyunları keçirilib.
 
Maide.Az bildirir ki, D, G və I qruplarında 9 matç keçirilib. Bunların 4-də meydan sahibləri, 4-də qonaqlar qalib gəlib, 1 oyun heç-heçə ilə nəticələnib.
 
Belə ki, G qrupunda mübarizə aparan İtaliya və İspaniya milliləri səfərdən 3 xalla qayıdıblar. “Skuadra Adzurra” Skopyedə Makedoniyadan üstün olub, - 3:2, “La Roja” isə Tiranada Albaniya yığmasını 2:0 hesabı ilə məğlub edib. Qardaş Türkiyə millisi İslandiya səfərindən əliboş qayıdıb, - 0:2.
 
Günün digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb:
 
Uels – Gürcüstan - 1:1
 
Serbiya – Avstriya - 3:2
 
Moldova – İrlandiya - 1:3
 
İsrail – Lixtenşteyn - 2:1
 
Ukrayna – Kosovo - 3:0
 
Finlandiya – Xorvatiya - 0:1. (Virtualaz.org )
 

Google+ WhatsApp ok.ru