Dünya çempionatının seçmə qrup mərhələsinin 9 oyunu keçiriləcək

Dünya çempionatının seçmə qrup mərhələsinin 9 oyunu keçiriləcək

 
Portuqaliya Farer adalarında qonaq olacaq
 
Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində bu gün 9 oyun keçiriləcək.
 
Verilən məlumata görə, A, B və H qruplarında yer alan komandalar III tur çərçivəsində üz-üzə gələcəklər. 
A qrupunda liderlərin görüşü baş tutacaq. 4 xalla ilk iki pilləni bölüşən Hollandiya və Fransa yığmaları Rotterdamda üz-üzə gələcək. Qalib komanda birinci pillədə mövqeyini möhkəmləndirəcək. Bu qrupun daha bir görüşünü mövqe baxımından əhəmiyyətli adlandırmaq olar. 4 xalı olan İsveç ondan 1 xal geri qalan Bolqarıstanı sınağa çəkəcək. Autsayderlərin qarşılaşmasında isə Belarus Luksemburqu qəbul edəcək.
 
B qrupunda çıxış edən sonuncu Avropa çempionu Portuqaliya Farer adalarının qonağı olacaq. İki oyundan 3 xal toplayan Kriştianu Ronaldunun komandası vəziyyətini yaxşılaşdırmaq üçün səfərdən qələbə ilə dönməlidir. Qrup lideri İsveçrə isə aktivində xal olmayan və sonuncu pillədə qərarlaşan Andorra yığması ilə qarşılaşacaq.
H qrupunun liderləri səfər sınağına çıxacaqlar. Yunanıstan Estoniyanın, Belçika isə Cəbəllütariqin qonağı olacaq. Meydan sahibləri qalib gəlsə, Bosniya və Herseqovina bundan yararlanaraq, Kipr üzərindəki qələbə sayəsində qonaqların liderliklərinə şərik ola bilər.  (report) /
 
 
Dünya çempionatı, seçmə mərhələ, III tur
10 oktyabr
A qrupu
22:45. Hollandiya - Fransa
22:45. İsveç - Bolqarıstan
22:45. Belarus - Luksemburq
 
 
B qrupu
22:45. Farer adaları - Portuqaliya 
22:45. Latviya - Macarıstan
22:45. Andorra - İsveçrə
 
 
H qrupu
22:45. Bosniya və Herseqovina - Kipr
22:45. Estoniya - Yunanıstan
22:45. Cəbəllütariq - Belçika
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru