Daha 6 həbsxana tikilir

Daha 6 həbsxana tikilir

«Hazırda bölgələrdə 6 cəzaçəkmə müəssisəsi tikilir».
 
APA-nın xəbərinə görə, bunu Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov deyib.
 
H.Əlixanov Kürdəmir, Lənkəran və Gəncədə yeni cəzaçəkmə müəssisələrinin tikildiyini bildirib. Onun deməsinə görə, yeni cəzaçəkmə müəssisələrinin tikilməsi məhkumların yaxınlarının görüşdən ötrü daha çox məsafə qət etməmələri məqsədinə xidmət edir.
 
Rəis müavini cəzaçəkmə yerlərində ölüm hallarına da toxunub: «Ölüm faktları cəzaçəkmə müəssisələrində daha azdır, nəinki azadlıqda».
 
Təkcə, bu ilin dekabrında Penitensiar Xidmətin Müalicə Müəssisəsində 5 məhkumun vəfat etdiyi bildirilir.
 

Google+ WhatsApp ok.ru