Daha bir jurnalist saxlanıldı

Elçin İsmayıllı bəlli olmayan səbəblərdən İsmayıllı Rayon Polis Şöbəsinə aparılıb

Jurnalist Elçin İsmayıllı saxlanılıb. Maide.az-ın məlumatına görə, bu barədə "Azadlıq"a jurnalistin yaxınları məlumat verib. Onların sözlərinə görə, Elçin İsmayıllı evlərinin yaxınlığındakı çayxanada imiş. Polislər onu elə oradan İsmayıllı Rayon Polis Şöbəsinə aparıblar. Jurnalistin saxlanmasının səbəbi bəlli deyil. "Bizə deyirlər ki, sabah bilərsiz", - deyə Elçin İsmayıllının yaxınları bildirib.
 
Qeyd edək ki, Elçin İsmayıllı İsmayıllı rayonunda yaşayır. O, həmin rayonda məmur özbaşınalığı, qanunsuzluqlar barədə mediada kəskin yazıları ilə tanınır.

Google+ WhatsApp ok.ru