Demba Ba namaza getdi, bütün komanda onu gözlədi

Maide.az-ın məlumatına görə, "Beşiktaş" - "Kasımpaşa" matçından sonra maraqlı hadisə yaşanıb. Belə ki, "Beşiktaş"ın Seneqallı müsəlman ulduzu Demba Ba komandanın avtobusuna minərkən şam azanı verilib. Bu zaman Demba Ba avtobusa minməyib və namazının qılmaq üçün məscidə tərəf yönəlib. Bütün komanda Demba Ba namazdan gələnə kimi hörmətlə onu gözləyib. 

Google+ WhatsApp ok.ru