Gənc cüdoçularımız Avropa kuboku yarışlarında 4 medal qazanıblar

Sankt-Peterburqda gənclər arasında cüdo üzrə Avropa kuboku yarışlarında Azərbaycan milli komandası 4 medal qazanıb.
 
Maide.az xəbər verir ki, turnirin tamaşaçıları 55 kiloqram çəki dərəcəsində Azərbaycan finalının şahidi olublar. Qızıl medal uğrunda görüşdə Natiq Qurbanlı Sadiq Məhərrəmova qalib gəlib. Milli komandamızın digər üzvü Hidayət Heydərov (66 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Turnirdə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Vasif Şərbətli yarışı üçüncü pillədə başa vurub.

Google+ WhatsApp ok.ru