Devalvasiyadan 17 min zərərə düşən vətəndaş Mərkəzi Bankı məhkəməyə verdi

Azərbaycanda vətəndaşı Mərkəzi Bankı devalvasiya qərarına görə məhkəməyə verib. Maide.az “Report”a istinadən xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən vətəndaş Sərvan Kərimov Sərvan Mərkəzi Banka qarşı vurulan zərərin ödənilməsi barədə iddia qaldırıb.
O, bu il fevralın 20-dən 21-nə keçən gecə vurulan 13 423 ABŞ dolları və 4 000 ABŞ dolları mənəvi zərərin, yəni cəmi 17 000 ABŞ dolları miqdarında pul vəsaitinin cavabdehdən tutularaq ona ödənməsi tələbini irəli sürüb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı rədd edib.
Məhkəmə qərarından narazı qalan vətəndaş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib. Bununla da Azərbaycan manatı 33,4 faiz ucuzlaşıb.

Google+ WhatsApp ok.ru