Masallı icra başçısı jurnalisti məhkəməyə verdi! 17 Oktyabr 2015 01:00 Hüquq Masallı icra başçısı jurnalisti məhkəməyə verdi! Cenubnews.com xəbər verir ki, Masallı rayon icra başçısı Rafil Hüseynov əməkdaşımız Mirələm Həşimovu məhkəməyə verib. Məhkəmə 27 oktyabr 2015-ci il tarixində Masallı rayonunda keçiriləcək. Qaldırılan iddiada deyilir ki, Miərələm Həşimov saytda verdiyi xəbərlərlə mənim şərəf, ləyaqət və işgüzar nüfuzumu alçaldıb və buna görədə Rafil Hüseynov 5 min manat məbləğində maddi təzminat istəyir. Məhkəməyə verilmiş 3 məqalədə dərc olunan xəbərləri sizə təqdim edirik: 1. "Masallı park bulvarını sel apardı" başlıqıyla yayımlanan məqalədə (xəbərdə) nəinki Rafil Hüseynov heç bir şəxs təhqir olunmayıb. Xəbər linki: http://cenubnews.com/10828-masalli-park-bulvarini-sel-apardi-foto.html 2. "Masallıda ağacları kəsirlər" başlıqıyla yayımlanan məqalədə (xəbərdə) qeyd etmişik ki, "Qarşı tərəfin movqeyini dərc etməyə hazırıq" əgər ağacların rəhbərlik tərəfindən kəsilməsi yalan idisə onlar təqzib olaraq bizə müraciət etməli idilər. Xəbər linki: http://cenubnews.com/11530-masallida-agaclari-kesirler-foto.html 3. "Rafil Hüseynov:İşıq pulunu ödəyə bilmirsənsə get özünü öldür" başlıqıyla yayımlanan məqalədə (xəbərdə) biz,"Muxalifet.az" saytına istinad etmişik və eyni xəbər bir çox saytlarda da dərc olunub. Xəbər linki:http://cenubnews.com/14411-rafil-huseynovshiq-pulunu-odeye-bilmirsense-get-ozunu-oldur.html Teqlər : #Masallı icra başçısı jurnalisti məhkəməyə verdi!, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İmişlidə özünü MTN əməkdaşı kimi təqdim edən həbs edilib Devalvasiyadan 17 min zərərə düşən vətəndaş Mərkəzi Bankı məhkəməyə verdi