DİN vurulan polislə bağlı təfərrüatları açıqladı

Xətai rayonunun 36-cı Polis Bölməsinin əməkdaşı İltifat Bayramovu yaralamış Yevgeniy Antonovskiy artıq saxlanılıb.
 
Daxili İşlər Nazirliyindən (DİN) Maide.az-a daxil olan məlumata görə, oktyabrın 26-da saat 05 radələrində Xətai rayonu ərazisində xidmətdə olan 36-cı Polis Bölməsinin əməkdaşları İltifat Bayramov və İsmayıl Şahbazov şübhə doğuran 2 nəfərə yaxınlaşarkən onlardan biri odlu silahdan açaraq, İ.Bayramova ayaq nahiyəsindən xəsarət yetirib. Hər iki şübhəli şəxs hadisə yerini tərk edib.
 
Həyata keçirilmiş tədbirlər nəticəsində onlardan biri - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yevgeniy Antonovskiy artıq saxlanılıb. Ondan kustar üsulla hazırlanmış tapança götürülüb.
 
Faktla bağlı araşdırmalar aparılır.

Google+ WhatsApp ok.ru