Dünya şahmat tacı uğrunda görüşdə ilk dəfə qalib müəyyənləşib

Dünya şahmat tacı uğrunda görüşdə ilk dəfə qalib müəyyənləşib

Karyakin qara fiqurlarla Karlsenə qalib gəlib
 
Rusiyalı Sergey Karyakinlə norveçli Maqnus Karlsen arasında dünya şahmat tacı uğrunda keçirilən görüşün VIII partiyasına yekun vurulub.
 
Görüş qara fiqurlarla oynayan Karyakinin qələbəsi ilə yekunlaşıb. 51-ci gedişdən sonra hazırkı dünya çempionu təslim olub. Bununla da qarşılaşmada ilk dəfə qalib müəyyənləşib və xal fərqində üstünlüyü rusiyalı qrossmeyster ələ keçirib - 4,5:3,5.
 
Qeyd edək ki, IX partiyası noyabrın 23-də olacaq. Görüş ümumilikdə 12 partiyadan ibarətdir. (report) /

Google+ WhatsApp ok.ru