Çempionlar Liqasında Azərbaycan klublarının rəqibləri dəqiqləşib

Çempionlar Liqasında Azərbaycan klublarının rəqibləri dəqiqləşib

Qadın voleybolçular arasında Çempionlar Liqasının bütün qruplarının tərkibi müəyyənləşib. III təsnifat mərhələsindən sonra mübarizəni davam etdirəcək 4 klubun adına aydınlıq gəlib.
 
Bunlar “Əczaçıbaşı” (Türkiyə), “Dabrova Qornitsa” (Polşa), “Modena” (İtaliya) və “Dinamo” (Krasnodar, Rusiya) klublarıdı. İlk 3 komanda birinci matçda olduğu kimi, yenə qalib gəldiyi halda, şimal qonşularımızın təmsilçisi 2 oyunun fərqinə görə mərhələ adlayıb.
 
Bu klublardan ikisi isə Azərbaycan klublarına rəqib olub. Belə ki, “Dabrova Qornitsa” Super Liqanın qalibi “Azərreyl”, həmçinin “Sen-Rafael” (Fransa) və “Fənərbaxça” (Türkiyə) ilə mübarizəni C qrupunda davam etdirəcək.
 
Vitse-çempion “Telekom”a isə İtaliyanın “Modena” klubu rəqib olub. İtaliya təmsilçisi Bakı klubu, həmçinin “Ximik” (Polşa) və “Konegliano” (İtaliya) ilə qarşılaşmaq hüququ qazanıb. (apa) /
 
III təsnifat mərhələsi, cavab oyunları
“Əczaçıbaşı” (Türkiyə) – “Minçanka” (Belarus) – 3:0 (25:14, 28:26, 25:19)
İlk oyun: 3:1
 
“Dabrova Qornitsa” (Polşa) – “Agel” (Çexiya) – 3:1 (25:19; 23:25; 25:19; 26:24)
İlk oyun: 3:1
 
“Kann” (Fransa) – “Modena” (İtaliya) – 1:3 (24:26; 26:28; 25:23; 9:25)
İlk oyun: 0:3
 
“Dinamo” (Krasnodar, Rusiya) – “Vizura” (Serbiya) – 3:0 (25:23; 25:18; 25:18)
İlk oyun: 2:3
 
Beləliklə, qrupla belə formalaşıb: 
 
Qrup mərhələsi
A qrupu: “Ximik” (Polşa), “Konegliano” (İtaliya), “Telekom” (Azərbaycan), “Modena” (İtaliya)
B qrupu: “Dinamo” (Moskva, Rusiya), “Volero” (İsveçrə), “Alba” (Rumıniya), “Dinamo” (Krasnodar, Rusiya)
C qrupu: “Azərreyl” (Azərbaycan), “Sen-Rafael” (Fransa), “Fənərbaxça” (Türkiyə), “Dabrova Qornitsa” (Polşa)
D qrupu: “VakıfBank” (Türkiyə), “Dresdner” (Almaniya), “Uralochka” (Rusiya), “Əczaçıbaşı” (Türkiyə)

Google+ WhatsApp ok.ru