Dünyada nə qədər qadın məhbus var?

Yenicə elan olunmuş statistika göstərir ki, dünyanın müxtəlif ölkələrində cəzaçəkmə müəssisələrində 700 mindən çox  qadın və qız məhbus saxlanılır.  
Maide.az independent-ə istinadən məlumat verir ki, bu statistika müxtəlif ölkələrdəki cəzaçəkmə müəssisələrində aparılan araşdırmanın nəticəsində əldə olunub. 
Məlumatda bildirilir ki,son 15 ildə qadın və qız məhbusların sayı 50 faiz artıb.  2000-ci ildən indiyə qədər aparılan araşdırmalar göstərir ki, qadın məhbusların sayı kişilərlə müqayisədə daha sürətlə artır. 
Məlumatda həmçinin bildirilir ki, İngiltərə və Uels qadın məhbusların sayına görə 20-ci yerdədirlər. 
Dünya üzrə ən çox qadın və qız məhbuslar ABŞ-dadır. Amerika cəzaçəkmə müəssisələrinin sayına görə də dünyada 18-ci yeri tutur. / 
 
 

Google+ WhatsApp ok.ru