DYP rəisi işdən azad edildi

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub. 
 
“Report”un xəbərinə görə, Nizami rayon dövlət yol polisi (DYP) şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fail Quliyev vəzifəsindən azad edilib.
 
F.Quliyev Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) yüksək vəzifəyə təyinat alıb.
 
Qeyd edək ki, F.Quliyev daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyevin qardaşıdır. 

Google+ WhatsApp ok.ru