Elşən Mustafaoğlunun məhkəmə prosesi yekunlaşıb - Prokuror çıxış üçün vaxt istəyib

Elşən Mustafaoğlunun məhkəmə prosesi yekunlaşıb - Prokuror çıxış üçün vaxt istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun məhkəmə prosesi keçirilib
.
"İslaminSesi"nin məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
 
Məhkəmə prosesi oktyabrın 18-nə təyin olunub.
 
E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir.
 

Google+ WhatsApp ok.ru