Taleh Bağırov karsa salınıb

Taleh Bağırov karsa salınıb

İlahiyyatçı Taleh Bağırov Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında 5 günlük cərimə kamerasına (karsa) salınıb. 
 
Bu onun Məhərrəmlik ayının başlanması ilə əlaqədar xalqa müraciətindən sonra baş verib.
 
Bu barədə Taleh Bağırov özü oktyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində «Nardaran işi» üzrə iclasda deyib.
 
İlahiyyatçının dediyinə görə, təcridxanada təzyiqlərə məruz qalır və ona açıq şəkildə bildirilir ki, bütün bunlar onun çıxışlarına görədir.
 
Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov bildirib ki, bu məsələnin məhkəməyə aidiyyəti yoxdur.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru