Eldəniz Quliyev yenidən məhkəməyə veriləcək

“EL” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev yenidən məhkəməyə veriləcək. Bu dəfə Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynov məhkəməyə müraciət edəcək. Adıçəkilən şəxs “Olaylar”-a verdiyi açıqlamada bildirib ki, yaxın günlərdə məhkəməyə müraciət olunacaq: “Hazırda müvafiq hüquqi prosedurlar, iddianın hazırlanması istiqamətində iş gedir. Yəqin ki, sentyabr ayında iddiaçı tərəf kimi məhkəməyə müraciət edəcəyik”. Ramil Hüseynov Eldəniz Quliyevin təmsil etdiyi partiyanı alçaltmaq və özünün şərəf, ləyaqətinə xələl gətirməkdə ittiham olunacağını söyləyib.

Google+ WhatsApp ok.ru