Eldar Sabiroğlunun oğlu 9 il azadlıqdan məhrum edildi

Eldar Sabiroğlunun oğlu 9 il azadlıqdan məhrum edildi

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində sabiq müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Maide.Az  bildirir ki, bu barədə lent.az-a vəkil Bəhruz Bayramov məlumat verib.  
 
Hakimlər kollegiyasının  hökmünə əsasən Rüfət Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.
 
Vəkil bildirib ki, verilən hökümdən apellyasiya şikayəti veriləcək.
Xatırladaq ki, prokuror çıxışında Rüfət Səfərovun 10 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
 

Google+ WhatsApp ok.ru