Çempionlar Liqasında ilk finalçı müəyyənləşdi 04 May 2016 01:00 İdman Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Oxu.az xəbər verir ki, ilk oyun günündə “Bavariya” və “Atletiko” qarşılaşıblar. Madriddə keçirilmiş ilk görüşdə “Atletiko”ya uduzan (0:1) “Bavariya” öz meydanında məğlubiyyətin əvəzini çıxa bilsə də, bu, finala çıxmaq üçün yetərli olmayıb. "Atletiko" 2:1 hesabla məğlub olsa da, səfərdə vurduğu qolun verdiyi üstünlüklə ilk finalçı olub. Çempionlar Liqası Yarımfinal mərhələsi, cavab oyunları 3 may “Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya) - 2:1 Qollar: Xabi Alonso, 31, Levandovski, 74 - Qrizman, 54 İstifadə olunmayan penaltilər: Müller, 34 (qapıçı) - Torres, 84 (qapıçı) İlk oyun - 0:1 Hakimlər: Cüneyt Çakır, Çem Satman, Tarık Ongün, Sərkan Ok Əlavə köməkçi hakimlər: Hüseyin Göçək, Barış Şimşək (hamısı Türkiyə) Münhen. “Allyanz Arena” Teqlər : #Çempionlar Liqasında ilk finalçı müəyyənləşdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kamran Ağayev cəzalandırıldı Millimizin `Avro-2016` üçün heyəti açıqlandı