Kamran Ağayev cəzalandırıldı

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında bır sıra qərarlar verilib.
 
Maide.Az PFL-in saytına istinadən yaydığı xəbərə görə, Topaz Premyer Liqanın 32-ci turunun “İnter” – “Sumqayıt” matçının 27-ci dəqiqəsində “İnter”in futbolçusu Kamran Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.
 
Oyunun 90+1-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Cəmil Hacıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimələnib.
 
Topaz Premyer Liqasının 32-ci turunun “Zirə” – “Qarabağ” matçı başa çatdıqdan sonra “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub. /

Google+ WhatsApp ok.ru