Çempionlar Liqasının oyunları 2021-ci ildən bazar günləri keçirilə bilər 30 May 2017 01:00 İdman Bu ideyanın təşəbbüskarları Real Madrid, Barselona və Yuventus klublarıdır UEFA Çempionlar Liqasında 1/4 final və yarımfinal oyunlarının bazar günləri keçirilməsinin mümkünlüyü variantına baxacaq. Maide.İnfo "Report"a istinadən məlumata verir ki, bu ideyanın təşəbbüskarları İspaniyanın "Real Madrid" və "Barselona", həmçinin İtaliyanın "Yuventus" klublarıdır. Əsas məqsəd Amerika və Asiya qitələrində televiziya yayımlarından gəlirlərin artırılmasıdır. Görüşlər günün ikinci yarısında başlasa, bu, Amerikada səhər saatlarına, Asiyada istirahət gününün axşamına təsadüf edəcək. Nəticədə hər iki regionda böyük tamaşaçı auditoriyası əldə etmək mümkün olacaq. Dəyişikliklər 2021-ci ildən qüvvəyə minə bilər. Qeyd edək ki, 2009-2010 mövsümündən Çempionlar Liqasının final matçı şənbə günləri keçirilir. Bu mövsüm həlledici qarşılaşma iyunun 3-də Uelsin paytaxtı Kardiffdəki "Millenium" stadionunda "Yuventus"la "Real Madrid" arasında olacaq. / Teqlər : #Çempionlar Liqasının oyunları 2021ci ildən bazar günləri keçirilə bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Barselona`ya yeni baş məşqçi təyin olunub Kriştianu Ronaldu dünyanın ən populyar idmançısı sayılıb - SİYAHI