Evdə temperatur nə qədər olmalıdır?

Alimlərin son tədqiqatları göstərib ki, kişilər daha sərin temperatura üstünlük verdikləri üçün qadınlar aşağı və yuxarı ətraflarında soyuğu 9 dəfə tez hiss edirlər və bu da evdə narahatlığa səbəb olur.
 
Beləliklə, qadınlar kişilərə nisbətən havanın temeperaturunun dəyişməsinə və soyuqdəymələrə daha çox məruz qalırlar.
 
Statistikaya görə, ailələrin 55 faizində evdəki temperaturla bağlı razılığa gələ bilmirlər və bu da mübahisələrə səbəb olur. Rəyi soruşulan ingilislərin 35 faizi isə bu məsələdə qətidirlər və ər və ya aravada heç cür güzəştə getmirlər.
 
Alimlər bu nəticəyə gəliblər ki, hər iki cins üçün evdə optimal temperatur 22 dərəcə Selsidir. Əgər teperütur bu vəziyyətdə saxlanılarsa, bu planda olan bütün mübahisələrə son qoymaq mümkündür.

Google+ WhatsApp ok.ru