Fərəc Kərimliyə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Vəkil Nemət Kərimlinin verdiyi məlumata görə, məhkəmənin hökmü ilə F. Kərimli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, F. Kərimli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsi ilə təqsirləndiirlib.

Google+ WhatsApp ok.ru