ABŞ Dövlət Departamenti növbəti dəfə Azərbaycanda siyasi məhbusların azad edilməsinə çağırıb

“ABŞ öz fundamental azadlıqlarını həyata keçirmək istəyən insanların həbsindən çox narahatdır. Onların sırasında jurnalist Xədicə İsmayılova da var. Biz onların azad edilməsinə çağırırıq”, - mayın 5-də Vaşinqtonda keçirilən brifinqdə Dövlət Departamentinin nümayəndəsi Cef Ratke bildirib.
 
“Biz Azərbaycan hökumətini öz vətəndaşlarının universal hüquqlarına hörmətlə yanaşmağa, ifadə azadlığı üçün şərait yaratmağa çağırırıq”, - C.Ratke vurğulayıb.

Google+ WhatsApp ok.ru