Fələstin reytinq siyahısında Azərbaycan yığmasını qabaqlayacaq

FİFA-nın fevralın 4-də açıqlayacağı milli komandaların növbəti reytinq siyahısının təxmini variantı dərc olunub. Həmkarlarımızın hazırladığı bu cədvəldə komandaların hansı pillələrdə qərarlaşacağı ilə bağlı ehtimallara üstünlük verilib.
 
Yanvarın 7-də açıqlanan rəsmi siyahıdan sonrakı cədvələ qədər olan 28 gündə baş tutacaq matçların nəticələrini nəzərə alan ekspertlər buna uyğun cədvəl tərtib ediblər. Təxminlərə əsasən, Azərbaycan yığması gələn ay 117-ci pillədə yer alacaq.
 
Bu siyahıda hesabında 296 xalı olan komandamız yanvarda açıqlanan cədvəllə müqayisədə 1 pillə geriləyib. Bu müddətdə heç bir rəsmi matça çıxmayan Robert Prosineçkinin yetirmələrinin gözlənilən mövqe dəyişikliyinə digər yığmaların nəticələri səbəb olub.
 
Belə ki, Türkmənistan 116-cı və Fələstin 111-ci yerə yüksəlməklə, komandamızı təxmini cədvəldə arxada qoyub. Türkmənistanlıların belə irəliləməsi diqqətdən yayınmır. Çünki onlar son 10 il 3 ayda, yəni 123 ayda ilk dəfə Azərbaycanı arxada qoyub. 2 komandanı önə buraxan yığmamızın 2 pillə deyil, 1 pillə geriləməsi isə Zimbabve ilə bağlıdı. 23 pillə aşağı yuvarlanıb, 131-ci yerə düşən afrikalılar yığmamızdan da geri qalır.
 
Millimiz və “qonşuları”
 
112 (105). Anqola - 306
114 (111). Mərkəzi Afrika Respublikası - 302
115 (113). Çad – 301
116 (115). Aruba – 298
116 (117). Türkmənistan – 298
117 (116). AZƏRBAYCAN – 296
118 (121). Syerra-Leone - 290
119 (119). Sent-Kitts və Nevis – 289
120 (128). Beliz - 286
120 (120). Gürcüstan – 286
120 (121). Tailand – 286
  
Dünyanın ən güclü 10 komandasının tərkibində isə heç bir dəyişiklik olmayacaq. Planetin nəhəngləri mövqelərini gələn ay da qoruyacaq. Yalnız Çilinin xal hesabında artım olacaq.
 
İlk “onluq”
 
1 (1). Belçika – 1494
2 (2). Argentina – 1455
3 (3). İspaniya - 1370
4 (4). Almaniya – 1347
5 (5). Çili – 1293
6 (6). Braziliya – 1251
7 (7). Portuqaliya – 1219
8 (8). Kolumbiya – 1211
9 (9). İngiltərə - 1106
10 (10). Avstriya - 1091
 
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniyavə San-Marinonun yeri və xalı dəyişməz qalacaq. Çexiya isə Fil Dişi Sahilinin geriləməsindən yararlanıb 1 pillə irəliləyəcək. Sonuncuları keçən Şimali İrlandiya daha bir Afrika təmsilçisini Əlcəzairi də arxada qoyaraq, irəliyə doğru 2 addım atacaq. Digər rəqiblərimizdən fərqli olaraq, xal hesabıd a artacaq Norveç isə 4 addım irəliləməlidi.
 
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
 
4 (4). Almaniya – 1347
25 (26). Çexiya - 860
28 (30). Şimali İrlandiya - 825
50 (54). Norveç - 597
198 (198). San-Marino - 28
 
Qeyd edək ki, qonşu Türkiyə yığması təxmini siyahıda 933 xalla 20-ci yerdə qərarlaşıb. “Ay-ulduzlular” da Fil Dişi Sahilini keçəcək.(apasport)

Google+ WhatsApp ok.ru