`Barselona` klubu açılışda iştirak etmək üçün 2 milyon avro tələb edib 11 Fevral 2016 02:00 İdman Türkiyənin "Trabzonspor" klubu "Akyazı" adlı yeni stadionun açılışı üçün İspaniyanın "Barselona" klubu ilə yoldaşlıq oyunu keçirmək istəyir. Bunun üçün kataloniyalılar Türkiyə klubundan 2 milyon avro tələb edib. Klubun maliyyə məsələləri üzrə koordinatoru Emre Aksoy yerli mətbuata açıqlamasında təklifi dəyərləndirdiklərini söyləyib: ""Barselona" ilə açılış oyunu keçirmək üçün ödəniş etməliyik. Onlar 2 milyon avro istədilər. Böyük bir komandasansa, yoldaşlıq görüşündən pul qazanmalısan. Bu təklifi dəyərləndiririk". E.Aksoy "Barselona"dan başqa ərəb klublarından biri ilə də oyun keçirmək istədiklərini bildirib. Qeyd edək ki, "Trabzonspor"un yeni stadionu 42 minə yaxşın tamaşaçı tutur. Stadionun açılış tarixi hələlik müəyyənləşməyib. Teqlər : #`Barselona` klubu açılışda iştirak etmək üçün 2 milyon avro tələb edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstin reytinq siyahısında Azərbaycan yığmasını qabaqlayacaq Bu gün Azərbaycan Premyer Liqasında paytaxt derbisi və `Böyük oyun` olacaq